Evdən oğurluq edən yeniyetmələr tutuldu
28 fevral 2020 13:22 (UTC +04:00)

Evdən oğurluq edən yeniyetmələr tutuldu

Bakının Xəzər rayonunda evdən oğurluq edilib.

Lent.az DİN mətbuat xidmətinə istinadla xəbər verir ki, fevralın 24-də rayon ərazisindəki evlərin birindən 550 dollar nağd pul və 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Kriminalistik Tədqiqatlar İdarəsi və Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 2 yeniyetmə saxlanılıblar.

# 663
avatar

Mehman Nəbiyev

Oxşar yazılar