630
14:27
27 Fevral 2020

Bakıda mənzildən külli miqdarda aksiz markasız siqaret aşkarlandı

Külli miqdarda aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısını alınıb.

Dövlət Gömrük Komitəsindən Lent.az -a verilən məlumata görə, Baş İdarənin Əməliyyat şöbəsinə Bakı şəhəri, Əmircan qəsəbəsində mənzilin qarajında aksiz markası olmayan siqaretlərin saxlanılmasına və həmin yerdən "Hyundai Tucson" markalı avtomobil ilə daşınmasına dair əməliyyat məlumatı daxil olub.

Məlumat təsdiqini tapdıqdan sonra yaradılmış əməliyyat qrupu həmin ərazidə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Baxış zamanı qarajda və avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan, ümumilikdə 176 min 200 ədəd müxtəlif markalı siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.