Bakıda daha bir binada yanğın olub, 14 nəfər təxliyə olundu
27 fevral 2020 10:15 (UTC +04:00)

Bakıda daha bir binada yanğın olub, 14 nəfər təxliyə olundu

Bakının Binəqədi rayonunda yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, rayon ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb. Yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 677
avatar

Mehman Nəbiyev

Oxşar yazılar