MSK sədri: “Seçki prosesi çox yüksək səviyyədə keçirilib”
25 fevral 2020 22:08 (UTC +04:00)

MSK sədri: “Seçki prosesi çox yüksək səviyyədə keçirilib”


 

Seçki ilə bağlı bütün proseslər ictimaiyyətin gözü qarşısında keçirilib. 

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib. 

MSK sədri bildirib ki, bu seçkilərdə sosial şəbəkə fenomeni xüsusi rol oynayıb: “Seçkilərlə bağlı arşdırma işləri çox şəffaf şəkildə keçirilib. Bu müddət ərzində bütün proseslər ictimaiyyətə çatdırılıb. Bütün məlumatlar MSK-nın saytında da vaxtında yerləşdirilib. Ümumilikdə deyə bilərik ki, seçki prosesi çox yüksək səviyyədə keçirilib. Səsvermənin yekunları hərtərəfli araşdırılıb. Bu gün Mərkəzi Seçki Komissiyasında baxılmamış, araşdırılmamış məsələ qalmayıb”.

 

# 849
avatar

Oxşar yazılar