Ərdoğan: "İğdırdan Naxçıvana qədər qaz kəməri çəkiləcək"
25 fevral 2020 18:09 (UTC +04:00)

Ərdoğan: "İğdırdan Naxçıvana qədər qaz kəməri çəkiləcək"

“Biz Azərbaycanın uğurları ilə iftixar edirik”.

APA-nın məlumatına görə, bunu bu gün  Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra keçirilən mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti bildirib ki, 20 il əvvəlki Azərbaycanla bu günkü Azərbaycanın arasında böyük fərq var: “Bu gün tamamilə başqa bir Azərbaycan göz önündədir. Bu gün inkişaf edən bir Azərbaycan var. Enerjidən kənar sahələrinin 3 faiz böyüməsi, bu sahədə ixracın 14 faiz artması təsadüfi deyil. Azərbaycanın bu sahədə inkişafı davam etdirəcəyinə inanıram”. 

Ərdoğan qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan arasında 14 sənəd imzalanıb: “Bunlardan ən önəmlisi tərcihli (preferensial) ticarətdir. Xüsusən Naxçıvan və Türkiyə arasında dəmir yolunun çəkilməsi önəmlidir.  İğdırdan Naxçıvana qədər qaz kəməri çəkiləcək. 160 kilometrlik qaz xəttinin çəkilişi ilə Naxçıvanın qaz təminatı yüksək səviyyədə təmin olunacaq. Bu layihələr sürətlə həyata keçiriləcək”.

# 1034
avatar

Oxşar yazılar