Toyuqlu döşəmə plov necə hazırlanır? - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi
25 fevral 2020 13:12 (UTC +04:00)

Toyuqlu döşəmə plov necə hazırlanır? - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az-ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu gün su çərşənbəsi olduğunu nəzərə alaraq oxucularımızı resept.az saytına istinadən toyuqlu döşəmə plovun hazırlanması ilə tanış edəcəyik.

 Lazım olan ərzaqlar:

1 kq uzun düyü

250 qr əridilmiş kərə yağı

1 ədəd toyuq

duz, istiot

sarıkök, zəfəran

3 xörək qaşığı qarğıdalı yağı

1 baş soğan

Hazırlanma qaydası:

Toyuq təmizlənib, yuyulduqdan sonra, duz, istiot, sarıkök, doğranmış soğan, qarğıdalı yağı ilə basdırma edilir. Düyü yuyulub bir neçə saat ilıq duzlu suda saxlanılır. Sonra qaynar duzlu suda bişirilir. Tam bişməmiş, ocaqdan götürülüb, süzülür. Qazanın dibinə qazmaq əvəzi toyuq tikələri düzülür. Üzərinə süzülmüş düyü əlavə edilir. Sarıkök, dəmlənmiş zəfəran, əridilmiş yağ da gəzdirilir. Zəif odda 1,5 saat dəmləndikdən sonra toyuqlu döşəmə plov hazırdır. Qazanın qapağını götürüb, üzərinə sini qoyulur və çevrilir.  Bu zaman  qazanın dibinə çökmüş yağ da plovün üzərinə tökülür və daha da ləzzətli olur.

NUŞ OLSUN!

 

 

# 7695
avatar

Oxşar yazılar