Tanınmış diktor AzTV sədrinin müavini oldu
24 fevral 2020 19:16 (UTC +04:00)

Tanınmış diktor AzTV sədrinin müavini oldu

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyəti sədrinin yeni müavini təyin olunub. 

Lent.az-ın əldə etdiyi məlumata görə, Rəşad Nəsirov sədrin müavini vəzifəsindən azad olunub. Rafiq Həşimov onun yerinə müavin təyin olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov faktı təsdiqləyib.

Azərbaycanın Əməkdar artisti Rafiq Həşimov Azərbaycan Televiziyasının aparıcısı, diktor, ssenarist və rejissordur.

Xatırladaq ki, 2019-cu il yanvarın 15-dən tanınmış jurnalist Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinə rəhbər təyin olunub. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara start verilib, maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında yeniliklər edilib, yeni studiyalar istifadəyə verilib, yaradıcı şəxslər işə cəlb olunub, canlı verilişlərin, tok-şouların sayı artırılıb.

 

 

 

# 6079
avatar

Aygün İbrahimli

Oxşar yazılar