Sabiq klubuna məsləhət verdi: Onu alın, anadangəlmə bombardirdir
24 fevral 2020 17:16 (UTC +04:00)

Sabiq klubuna məsləhət verdi: Onu alın, anadangəlmə bombardirdir

 


“Mançester Yunayted” klubunun sabiq futbolçusu Robin van Persi maraqlı açıqlama verib. 

Lent.az-ın məlumatına görə, o, keçmiş komandasının hücum xəttinin gücləndirilməli olduğunu bildirib.

Van Persinin fikrincə, “mankunianlar” PSJ-nin formasını geyinən Edinson Kavanini heyətinə qatmalıdır: “Mən olsaydım, heç düşünmədən Kavani ilə müqavilə bağlayardım. O, əla formadadır. Edinson anadangəlmə bombardirdir. Bunu həm “Napoli”, həm də PSJ-də isbatlayıb. Kavani vurduğu qollarla yaşayır. Hər bir klub bu cür hücumçusunun olmasını istəyər”.

Qeyd edək ki, Robin van Persi 2012-2015-ci illərdə “Mançester Yunayted”in formasını geyinib. O, “qırmızı şeytanlar”ın heyətində 105 oyunda 58 qola imza atıb.

# 1993
avatar

Rizvan Babayev

Oxşar yazılar