“Mançester Yunaytde”in futbolçusunun itini zəhərlədilər - FOTO
22 fevral 2020 18:26 (UTC +04:00)

“Mançester Yunaytde”in futbolçusunun itini zəhərlədilər - FOTO

“Roma”da icarə əsasında çıxış edən “Mançester Yunayted”in futbolçusu Kris Smollinqin ailəsi bədbəxt hadisə ilə üzləşib.


Lent.az xarici KİV-ə istinadla bildirir ki, futbolçunun iti ölüb. Kris və onun həyat yoldaşı ailənin sevimlisi olan Maylinin siçan zəhəri yedikdən sonra ölməsindən şübhələnirlər. Ailənin saxladığı digər iki it də xəstələnsə də, onlar sağ qalıblar. 

Smollinq və həyat yoldaşı Sem Romadakı evlərinin yaxınlığına kimlərinsə siçan zəhəri atmasından şübhələnirlər. Həyətdə dolaşan itlərin də həmin zəhəri yeyərək zəhərləndiləri ehtimal olunur.

# 1905
avatar

Oxşar yazılar