876
10:07
22 Fevral 2020

Dindar Şeyx Sərdar Hacıhəsənli azadlığa çıxıb

Dindar Sərdar Akif oğlu Babayev (Şeyx Sərdar Hacıhəsənli) azadlığa çıxıb.

APA-nın məlumatına görə, o cəza müddəti başa çatdığı üçün azadlığa buraxılıb.

Qeyd edək ki, Şeyx Sərdar Hacıhəsənli 2017-ci il fevralın 22-də həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 168.1.3 maddəsi ilə (dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozma) ittihamı irəli sürülüb.

Masallı rayon Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.