1080
16:51
21 Fevral 2020

MSK bu qərarını qüvvədə saxladı

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 91 saylı Ucar Seçki Dairəsindən qeydə alınan namizəd Əbil Məmmədovun müraciətinə baxılıb.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının katibi Arifə Muxtarova bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Dairə Seçki komissiyası da müraciəti ətraflı araşdırıb və 18 və 38 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul edib. Təqdim edilən protokolların MSK tərəfindən araşdırılması zamanı seçicilərin iradəsini təmin etməyən hər hansı hal əksini tapmayıb. Sosial şəbəkələrdə yerləşdirilən görüntülərin araşdırılması zamanı isə 18 və 38 saylı seçki məntəqələrindən başqa mübahisələndirilən digər seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilməyib. Ona görə də təklif edirəm ki, DSK-nın qərarı qüvvədə saxlanılsın”.

MSK müraciəti müzakirəyə çıxarıb və DSK-nın qərarında qeyd edilən 18 və 38 saylı seçki məntəqələrində seçki nəticələrinin ləğv edilməsi ilə bağlı qərarını qüvvədə saxlayıb.