Milli Paralimpiya Komitəsinin rəhbərliyində dəyişiklik
21 fevral 2020 14:13 (UTC +04:00)

Milli Paralimpiya Komitəsinin rəhbərliyində dəyişiklik

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) rəhbərliyində dəyişiklik olub. 

Apasport.az saytının məlumatına görə, AMPK-nin ümumi yığıncağında Yaşar Hacıyev qurumun I vitse-prezidenti seçilib. 

Sumqayıt Paralimpiya İdman Kompleksinin direktoru bu vəzifədə Natiq Qasımovu əvəzləyib. 

Toplantıda həmçinin AMPK-nin İcraiyyə Komitəsi yenidən formalaşıb. Heyətdə İlqar Rəhimov (AMPK-in prezidenti, İcraiyyə Komitəsinin sədri), İlham Zəkiyev, Yaşar Hacıyev (hər ikisi vitse-prezident), Kamal Məmmədov (baş katib), Afaq Sultanova (Paralimpiya çempionu), Vüsalə Kərimova (Əlil İdmançılara dəstək İB-nin baş katibi, əlil arabasında idman rəqsi, idmançı), Sadıq Sadıqov (“Neftçi” İK-nın icraçı direktoru), Aydın Məmmədov (Gənclər və İdman Nazirliyinin şöbə müdiri), Səmyar Abdullayev (Gözdən Əlillər Cəmiyyətinin prezidenti), Mehman Kərimov (Milli Olimpiya Komitəsinin şöbə müdiri) və Səlhət Abbasova (Ədalətli Oyunlar Komissiyasının məsul katibi) yer alacaqlar. 

# 1872
avatar

Oxşar yazılar