841
19:18
21 Fevral 2020

Bakıda maşın, iki rayonda ev yandı

Bakının Xətai rayonunda “Daewoo” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Lent.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Bundan əlavə, Cəlilabad rayonunun Çünzəli kəndində ümumi sahəsi 210 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Digər hadisə Ağsu rayonunda qeydə alınıb. Rayonun Qaravəlli kəndində ümumi sahəsi 280 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki əşyalar 238 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər üç yanğın söndürülüb.