"Oğluma müğənni qız almaram" fikrinə etiraz etdi - VİDEO
19 fevral 2020 13:08 (UTC +04:00)

"Oğluma müğənni qız almaram" fikrinə etiraz etdi - VİDEO

Xalq artisti Nəzakət Teymurova həmkarlarının “Müğənni qız almaram” fikirlərinə münasibət bildirib.

Lent.az-ın məlumatına görə, ifaçı “Show News” verilişində deyib:

“Hər kəs öz ailəsinin tərbiyəsini göstərir. Bəzi ifaçılar gündəmdə qalmaq üçün bu sözü istifadə edirlər. Onların da ailələri var. Onda siz özünüz kimsiniz? Onların psixoloji problemi var, nəsə çatışmır. Belə şey danışmaq olmaz. Hərlənib öz ailəndən elə şey çıxar ki... Həyatda hər şey olur. Övladları xoşbəxt olmayan insanlar təkcə sənətçilərin ailələrində deyil. Sənət adamları övladlarını hər şeydən qoruyur”.

 Qeyd edək ki, şou-biznesdə bir çox müğənni “Oğluma müğənni qız almaram” fikrini səsləndirib.

# 4053
avatar

Yalçın UĞUR

Oxşar yazılar