"Haqq mənəm"  tamaşası oynanılıb
19 fevral 2020 10:53 (UTC +04:00)

"Haqq mənəm" tamaşası oynanılıb

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı dahi şair İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş, şair-dramaturq İftixarın “Haqq mənəm” pyesi əsasında hazırlanan tamaşanı - ikihissəli tarixi elegiyanı təqdim edib.

Lent.az  xəbər verir ki, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşanı izləyicilər alqışlarla qarşılayıb.

Tamaşanın quruluşçu rejissoru, quruluşçu rəssamı və xoreoqrafı, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, tərtibatçı rəssamı Vahid Mürsəliyev, musiqi tərtibatçısı Çingiz Xəlilov, rejissor assistenti Bəhruz Hikmətoğludur.

Rollarda Natiq Həziyev, Əməkdar artist Rəşid Rzayev, Bəhruz Hikmətoğlu, Məhərrəm Musayev, Müdvər Nemətova, Niyaməddin Səfərəliyev, Əmrulla Nurullayev, Anar Buludov, Zəki Fətəliyev, Arzuman Tanrıverdi, Samir Əliyev, Rövşən Cəfərov, Fərid Vəliyev, Güney Əliyeva, Tünzalə Əliyeva, Xatirə Süleymanova, Səmayə İsmayılova, Sevinc Hüseynova, Pərvin Dadaşova, Xədicə Məmmədova, Səbinə İmamverdiyeva və Sevinc Bəxtiyar çıxış ediblər.

Nəsimi poeziyası əsasında yazılan “Haqq mənəm” adlanan əsər Nəsimi dünyasının, Nəsimi dövrünün ruhunu tamaşaçıya çatdırır.

# 2740
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar