Bakıda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
18 fevral 2020 15:51 (UTC +04:00)

Bakıda 32 yaşlı kişi dəm qazından boğularaq öldü


Bakıda 32 yaşlı kişi dəm qazından boğulub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.

Masallı rayon sakini, 1978-ci il təvəllüdlü Məmmədov Vaqif Vidadi oğlunun yaşadığı evin hamamında dəm qazından boğulub.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

# 1115
avatar

Oxşar yazılar