Kamal Quliyev bu oyunçunun milliləşdirilməsini yerli futbolçulara təhqir saydı
18 fevral 2020 14:04 (UTC +04:00)

Kamal Quliyev bu oyunçunun milliləşdirilməsini yerli futbolçulara təhqir saydı


"Ramil Şeydayevin "Sabah"a gəlməsi geriyə addımdır. Avropada çıxış etdikdən sonra Azərbaycana qayıtmaq ancaq belə qəbul edilməlidir. Ramil yəqin ki, artıq öz klubunu tapıb". 

Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Kamal Quliyev deyib.

O, yığmanın üzvü Ramil Şeydayevin "Sabah"la mövsümün sonunadək müqavilə imzalamasına münasibət bildirib. Quliyevin sözlərinə görə, forvard üçün yenidən ölkə xaricinə çıxmaq çətin olacaq: "Ramilin bu gün özünü göstərməsi üçün ən yaxşı dövrüdür. Yəqin ki, yaxşı formada olsaydı, Avropada hər hansı klubda qalardı. Amma belə olmadığı üçün özünə Azərbaycana qayıdıb. Onun yayda yenidən Avropaya yollanmasına çəlincə, çətin məsələdir. Azərbaycan çempionatı "balota"dır. Bura düşən adam çıxa bilmir".

Veteran futbolçu Sezar Meza Kollinin milliləşdirilməsi məsələsinə toxunub. O, “Keşlə”nin 29 yaşlı paraqvaylı yarımmüdafiəçisinin komandamıza xeyir verəcəyinə inanmır: "Riçard Almeydanın milliləşdirilməsinin tərəfdarlarından biri də mən olmuşam. Amma gözləntilərimi doğrultmadı. İstənilən halda, hansısa futbolçusunun milliləşdirilməsini istəmirəm. Bu, yerli futbolçular üçün də təhqirdir. Heç inanmıram ki, Sezar Meza Kolli millimizə xeyir versin. Milliləşdirməsələr daha yaxşı olardı, onun yerinə Əli, Vəli oynasa yaxşıdır".

# 1946
avatar

Oxşar yazılar