“Qalatasaray”ın sabiq futbolçusu öldü – SƏBƏB
18 fevral 2020 13:28 (UTC +04:00)

“Qalatasaray”ın sabiq futbolçusu öldü – SƏBƏB

Türkiyə millisinin sabiq futbolçu Mustafa Yücedağ vəfat edib.

Apasport.az saytının məlumatına görə, o, Hollandiyada olarkən ürək tutmasından ölüb.

54 yaşlı Yücedağın peşəkar futbolçu karyerası 1985-1995-ci illəri əhatə edir. 1990-1992-ci illərdə “Qalatasaray”ın, ardından bir il də “Fənərbaxça”nın formasını geyinmiş mərhum futbolçu Frank Raykardın dönəmində “Qalatasaray”da köməkçi məşqçi vəzifəsini də icra edib.

Mustafa Yücedağ 1988-1990-cı illərdə Türkiyə yığmasının heyətində 9 matçda meydana çıxıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2287

Oxşar yazılar