Yük avtomobili qəza törətdi, sürücü son anda xilas edildi
17 fevral 2020 09:37 (UTC +04:00)

Yük avtomobili qəza törətdi, sürücü son anda xilas edildi

Bakıda minik və yük avtomobilləri toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən məlumata əsasən, Sabunçu rayonunda "Hyundai" markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

# 855
avatar

Mehman Nəbiyev

Oxşar yazılar