Çempionluğu əlindən alınır - "Mançester Siti"nin
16 fevral 2020 15:57 (UTC +04:00)

Çempionluğu əlindən alınır - "Mançester Siti"nin

Maliyyə feyr-pleyinə əməl etmədiyi üçün iki il müddətinə avrokuboklardan kənarlaşdırılan "Mançester Siti"yə sanksiyalar davam etdirilə bilər.

Apasport.az saytının məlumatına görə, "şəhərlilər"in çempionluğunun da əllərindən alınması müzakirə mövzusudur.

2012-2016-cı illərdə qanun pozuntularına yol verən Mançester klubu 2013-14 mövsümündəki çempionluğundan məhrum oluna bilər. Komanda həmin vaxt "Liverpul"u 2 xal qabaqlayaraq qızıl medallara yiyələnib. Yerli federasiya isə "Mançester Siti"nin xallarını silə bilər ki, bu halda çempionluq "Liverpul"a keçəcək.

 

Qeyd edək ki, "Mançester Siti" eyni zamanda 30 milyon avro məbləğində cərimələnib.

# 1971
avatar

Oxşar yazılar