
Badamdar yenidən sürüşdü - YENİLƏNİB

Xəbərə fotolar əlavə olunub
***
14:17
“Badamdarda sürüşmə kütləsindən torpaq hissəsi ayrılıb. Həmin ərazidə axan torpaq durmuşdu, indi yavaş-yavaş bir hissəsi ayrılır, çökür".
Bunu APA-ya açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Ekzogen Fövqəladə Hallar şöbəsinin müdiri Ramiz Rzayev deyib.
O bildirib ki, Badamdarda sürüşmə sahəsində aktivlik həmişəki kimidir: “Yağışlı hava şəraiti ilə əlaqədar torpaq ağırlaşıb, bir tərəf bir az qarşıya doğru axıb. Hələ ki, elə bir problem yoxdur. İşlər dayandırılıb. Havalar düzələndən sonra işlər davam etdiriləcək. İndi təhlükəlidir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, bu gün sürüşmənin üzərində 50 metr enində torpaq kütləsi 20 metr irəliyə doğru sürüşüb.
Hazırda sürüşmə sahəsində gərginlik qalmaqdadır.
Qeyd edək ki, yanvarın 9-da səhər saatlarında Badamdar sürüşmə sahəsində aktivləşmə baş verib. Eni təxminən 100 metrə yaxın olan sürüşmə kütləsi Badamdar-20-ci sahə arasında olan magistral avtomobil yoluna doğru hərəkət edərək yolu bağlayıb.

Oxşar yazılar

Azərbaycan və Rusiya pirotexnikləri minaların təmizlənməsi əməliyyatında - FOTO - VİDEO
19 yanvar 2021 , 21:32
Bölgələrdə qar, Bakıda sulu qar yağdı - FAKTİKİ HAVA
19 yanvar 2021 , 21:14
“Müharibə olmasa, mən indi qəhrəman deyildim...” – Milli Qəhrəman olmuş mühəndis danışır
19 yanvar 2021 , 20:15
Kəlbəcər rayonunun Çopurlu kəndindən VİDEOGÖRÜNTÜ
19 yanvar 2021 , 18:32
Rusiyadan Qarabağa əlavə mina təmizləyən texnika gətirildi - VİDEO
19 yanvar 2021 , 18:22“Ata, mənəm, ölən oğlun...” – Cəbhə xəstəxanasından FİLM KİMİ REPORTAJ – Səbuhi Məmmədli yazır
19 yanvar 2021 , 18:01
Polietilen torbalar pullu olacaq - RƏSMİ
19 yanvar 2021 , 17:30
Şaxtalı havada avtomobilə ən vacib qulluq... "hər qış dəyişdirilməlidir"
19 yanvar 2021 , 17:16