675
13:20
11 Fevral 2020

Təcili yardıma müraciət edənlərin vəziyyəti AÇIQLANDI

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma müraciət edən 5 nəfərdə hansı problemlərin yarandığı açıqlanıb.

TƏBİB-dən Lent.az -a verilən məlumata görə, müraciət edənlərdə diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi, diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub.

Müraciət edənlər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya edilib.