626
09:50
11 Fevral 2020

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücü və piyadalara təkrar müraciət edib.

İdarədən Lent.az -a verilən məlumata görə, müraciət son günlər respublikanın əksər bölgələrində hava şəraitinin dəyişərək temperaturun enməsi, ayrı-ayrı rayonlarda, habelə paytaxt Bakıda qar yağması və yolların buz bağlaması nəticəsində meydana gələ biləcək yol qəzalarının qarşısının alınması məqsədilə edilib:

"Baş DYP İdarəsi bir daha sürücülərə səhər və axşam saatlarında, xüsusilə də körpülərin üzərindən keçərkən son dərəcə diqqətli və ehtiyatlı olmağı, qəfil tormozlama aparmamağı, nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq belə hava şəraitində nəqliyyat vasitələrini idarə etmə təcrübəsi az olan sürücülərin bu günlərdə sükan arxasına əyləşməmələrini, şinləri qış mövsümünə uyğun olmayan avtomobillərdən mümkün qədər az istifadə etmələrini, ara məsafəsini və hərəkət sürətini şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmamağı, qəfil manevrlər etməməyi, piyadalara isə asfalt örtüyünün buzlu olması səbəbindən yolu keçərkən yaxınlaşmaqda olan avtomobillərin qısa məsafədə dayana bilməyəcəyini nəzərə alıb yolu yalnız onlar üçün müəyyən edilmiş yerlərdən keçmələrini, yolun hərəkət hissəsi ilə piyada getməmələrini tövsiyə edir".