Güləşçimiz Avropa çempionatında erməni rəqibinə qalib gəldi
10 fevral 2020 15:29 (UTC +04:00)

Güləşçimiz Avropa çempionatında erməni rəqibinə qalib gəldi

0


Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Apasport.az saytının məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi debüt görüşündə Bolqarıstanın erməni əsilli idmançısı Aik Mnatsakanyanı üstələyib.

 Pəhləvanımız təsnifat mərhələsindəki qarşılaşmada rəqibini 5:3 hesabı ilə məğlub edib. Bu qələbə Süleymanovu 1/8 finala yüksəldib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2018

Oxşar yazılar