4715
14:06
10 Fevral 2020

Bakıda 4 dərəcə şaxta olacaq - PROQNOZ

Azərbaycan ərazisində sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a verilən məlumata görə, fevralın 11-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə az qar yağacağı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 2-4 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 763 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-60 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza görə, Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin günün ikinci yarısında mülayim gilavar küləyi ilə əvəz olunacağı və nisbətən soyuq temperatur diskomfortu gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, lakin gecə və səhər bəzi cənub rayonlarında qar yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 13-18 dərəcə şaxta, gündüz 1-6 dərəc şaxta olacaq.

Yollar buz bağlayacaq.

Dİgər xəbərlər