564
12:18
10 Fevral 2020

Gürcüstandan gətirilən siqaret gömrükdən buraxılmadı

Gürcüstandan idarə etdiyi "Mercedes-Benz 230" markalı avtomobillə gələn Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və sorğu-sual olunub.

Lent.az Dövlət Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin kinoloji xidmət itinin tətbiqi ilə keçirilən yoxlama zamanı xidməti it avtomobilin arxa oturacaqlarına reaksiya verib. Təkrar baxış nəticəsində həmin oturacaqların altında "Pirveli" markalı 5600 ədəd siqaret aşkarlanıb.