666
11:31
10 Fevral 2020

Bakıda maşınla vurulan piyada öldü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, fevralın 9-da saat 12 radələrində Nərimanov rayonunun Təbriz küçəsində Bakı şəhər sakini E.Aydınov idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Rauf Əliyevi vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada R.Əliyev orada ölüb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.