567
22:56
09 Fevral 2020

Amerikalı müşahidəçilər: “Biz bu gün gələcəyə şahidlik edirik"

“Bu gün bir sıra məntəqədə səsvermə prosesini müşahidə etdim. Müşahidələrim zamanı heç bir insident qeydə alınmayıb”.

APA-nın məlumatına görə, bunu bu gün növbədənkənar parlament seçkilərini izləyən ABŞ-dan olan müşahidəçi Mitch Silberman mətbuat konfransında deyib.

“Biz bu gün gələcəyə şahidlik edirik. Seçkilər qaydalara uyğun keçirildi”, -deyə o qeyd edib.

Digər amerikalı müşahidəçi Rafael Nektal da müşahidələr zamanı heç bir qayda pozuntusunun aşkarlanmadığını bildirib.