1105
11:46
09 Fevral 2020

Qar elektrik təsərrüfatına belə ziyan vurdu

Ucarda yağan qar fəsadsız ötüşməyib.

APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün axşam saatlarından yağmağa başlayan qarın hündürlüyü 20-25 sm-ə çatır. Yollarda avtomobillərin hərəkətində ciddi problem yaşanmır.

Qarlı hava şəraiti əsasən elektrik təsərrüfatına ziyan vurub. Rayonun bir neçə kəndinə enerjinin verilişində fasilələr yaranıb. Elektrik enerjisi təchizatının dayandırılması seçki prosesinə də təsir edib. Seçki məntəqələrində istilik sistemində problem yaşanır.

Yerli elektrik şəbəkəsindən verilən məlumata görə, naqillərdə qırılmalarla əlaqədar olaraq bir neçə kəndə enerjinin verilişində problem yaranıb. Hal-hazırda təmir briqadaları problem yaranan ərazidə təmir işləri aparır. Qısa müddətə bütün rayon üzrə enerjinin verilişi bərpa olunacaq.