3446
08:10
09 Fevral 2020

Tailandda 21 nəfəri qətlə yetirmiş əsgər öldürüldü - VİDEO - YENİLƏNİB-2

Tailandda onlarla insanı qətlə yetirən əsgər təhülkəsizlik qüvvələri tərəfindən məhv edilib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə bu barədə ölkənin səhiyyə naziri Anutin Jarnverrakul deyib.

***

Tailandda əsgərin mülki vətəndaşlara atəş açması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

APA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə silahlı 16 nəfəri girov saxlayır.

19:05

Tailandın Korat şəhərindəki ticarət mərkəzində insanlara atəş açaraq gizlənən əsgər Cakrapanat Tomma ilə atışma başlayıb.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, silahlı əsgərin güllələyərk öldürdüyü insanların sayı da 17-yə çatıb.

Hazırda xüsusi təyinatlıların “Terminal-21! Adlanan ticarət mərkəzinin ətrafını mühasirəyə aldığı bildirilir.

***

17:07

Bu dəqiqələrdə verilən məlumata görə, insanlara silahla hücum edən əsgər Cakrapanat Tommadır.

Onun sosisl şəbəkə səhifəsində silahla paylaşdığı şəkilləri də var.

***

16:42

Tailannda bir əsgərin ölkənin şimal-qərbindəki Korat şəhərində əhalinin çox olduğu yerə atəş açıb.

Lent.az xarici KİV-ə istinadla çox sayda ölənin olduğunu bildirir.

Son dəqiqə xəbərinə görə, hadisə zamanı 12 nəfər ölüb, 10 nəfər də yaralanıb. Şübhəlinin hələ ki yaxalanmadığı və hadisə yerindən qaçdığı, polisin axtarış əməliyyatına başladığı bildirilir.

Polislər insanları hadisə yerindən uzaqda durmağa çağırır.