951
14:02
08 Fevral 2020

Bakıda anbardan külli miqdarda yağ oğurlandı

Bakıda anbar qarət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı Polis Bölməsinə fevralın 6-na keçən gecə rayon ərazisindəki anbarların birindən 2,5 tona yaxın soya yağının oğurlanması barədə müraciət daxil olub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini N.Atakişiyev, Biləsuvar rayon sakinləri S.Əliyev və E.Əmirbəyli qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.