10:48
08 Fevral 2020

AVRO-2021: Millimizin oyunlarının təqvimi açıqlandı

Voleybol üzrə AVRO-2021-in seçmə mərhələsinin təqvimi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun rəhbərlik etdiyi kişilərdən ibarət Azərbaycan yığmasının oyunlarının ardıcıllığı və ilkin tarixləri bəlli olub.

F qrupunda mübarizə aparacaq millimiz ilk matçını evdə Monteneqroya qarşı keçirəcək. Ardınca komandamızı Gürcüstan və Yunanıstana səfərlər gözləyir.

İkinci dövrədə Ellada təmsilçisi və qonşularımızı qəbul edəcək milli mübarizəyə Monteneqrodakı matçla yekun vuracaq.

Qeyd edək ki, kişilərin mübarizəsində 7 qrup qalibi və ikinci yer sahiblərindən 5 ən yaxşısı final mərhələsinə yüksələcək. Həlledici raund Polşa, Çexiya, Finlandiya və Estoniyada təşkil olunacaq.

AVRO-2021-in seçmə mərhələsi

F qrupu

I tur, 15-16 avqust

Yunanıstan – Gürcüstan

Azərbaycan - Monteneqro

II tur, 19 avqust

Monteneqro – Yunanıstan

Gürcüstan – Azərbaycan

III tur, 22-23 avqust

Yunanıstan – Azərbaycan

Monteneqro - Gürcüstan

IV tur, 29-30 avqust

Gürcüstan – Monteneqro

Azərbaycan - Yunanıstan

V tur, 2 sentyabr

Yunanıstan – Monteneqro

Azərbaycan - Gürcüstan

VI tur, 5-6 sentyabr

Gürcüstan – Yunanıstan

Monteneqro – Azərbaycan

Dİgər xəbərlər