1890
09:45
08 Fevral 2020

Bu şəhərdə hər gün 100 nəfərin meyiti yandırılır

Çində koronavirusdan ölənlərin basdırılması qadağan edilib və onların yandırılması göstərişi verilib.

Lent.az bildirir ki, “Daily Star”da yayılan xəbərə görə, Uhan şəhərinin koronavirus üçün ayrılmış meyitxanaları bütün sutka ərzində dayanmadan çalışır. Yanvarın 28-dən bu yana hər gün 100 meyitin beləcə yandırıldığı bildirilir.

Meyitxanalardan birinin əməkdaşı açıqlama verərək, “Uhan şəhərinin bütün meyit yandırma məntəqələri 24 saat dayanmadan işləyir. Qeyri-peşəkar heyətlə çalışırıq, evə gedə bilmirik. Kişilər meyitləri daşıyır, qadınlar da otaqları dezinfeksiya edir. Daha çox işçiyə ehtiyacımız var. Qoruyucu paltara diqqət etməliyik. Buna görə də uzun müddət yemək yeyə bilmirik. Ancaq ayaqyoluna gedərkən onu soyuna bilərik. Həmin paltar bir dəfə istifadə edilə bilər”, - deyib.