11:33
07 Fevral 2020

Bu müsabiqənin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcək

“Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı müsabiqə bitəndən sonra 1 il ərzində mütləq təhsilə xərclənməlidir”.

APA-nın məlumatına görə, bunu bu gün “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin başa çatması ilə bağlı keçirilən mətbuat konfransında Gənclər və idman nazirinin müavini, "Yüksəliş müsabiqəsi" ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.

F. Hacıyev deyib ki, şəxsən o, qalib olsaydı, bütün vəsaiti təhsilə xərcləyərdi: “Müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək. Həmin şəxslərin hansı müddətdə kadr bankında qalacağına gəlincə, həmin şəxslərin uzun müddət kadrların ehtiyat bankında qalacağına inanmıram. Bu gün ölkədə aparılan islahatları da nəzərə alsaq, yəqin ki, onlar qısa müddətlə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər. Müsabiqənin qalibləri üçün sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq. Biz bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək”.

Dİgər xəbərlər