Bakıda DƏHŞƏT: qardaş bacısının boğazını kəsdi
07 fevral 2020 09:10 (UTC +04:00)

Bakıda DƏHŞƏT: qardaş bacısının boğazını kəsdi

Bakıda qardaş qısqanclıq zəminində bacısını qətlə yetirib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu H. Əliyev küçəsi 12, mənzil 26-da baş verib.

Zəngilan rayon sakini, 1963-cü il təvəllüdlü Sahib Cəfərov qısqanclıq zəminində bacısı, 1967-ci il təvəllüdlü Tovus Cəfərovanı boğaz nahiyəsindən ülgüclə kəsərək qətlə yetirib.

S. Cəfərov daha sonra könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3578

Oxşar yazılar