10:23
06 Fevral 2020

İtkin düşən psixi xəstələr axtarılır

Qusarda itkin düşən şəxslər axtarılır.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba regional qrupundan Lent.az -a verilən məlumata görə, Qusar rayonu, Lanqi kənd sakini, 53 yaşlı Bəşirova Lalə Ağamirzə qızı 2018-ci il avqust ayının 12-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Lalə Bəşirova əlamətləri belədir: Boyu 160 sm., uzunsov sifətli, şabalıdı qısa saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur.

L.Bəşirovanın psixi problemlərdən əziyyət çəkdiyi və insanlarla danışmağa, ünsiyyət yaratmağa meyilli olamdığı bildirilir. Azərbaycan və ləzgi dillərində sərbəst danışa bilir.

Digər itkin düşən isə Qusar rayonu, Caqar kənd sakini, 62 yaşlı Ərzimanov Nəriman Ərziman oğludur. O, sonuncu dəfə 2019-cu il iyun ayının 17-da Qusar rayon Mərkəzi Xəstəxanasının həyətində olub və bundan sonra naməlum istiqamətə gedərək itkin düşüb.

Nəriman Ərzimanovun əlamətləri belədir: Boyu 163 santimetr., uzunsov sifətli, gözlərinin rəngi qonur, orta bədən quruluşludur. Hər iki qolları əyridir, sol çiyninin qabaq tərəfində dəri yarası və çapıq yeri var.

N.Ərzimanov da psixi problemlərdən əziyyət çəkir və insanlarla danışmağa, ünsiyyət yaratmağa meyilli deyil. Azərbaycan və ləzgi dillərində sərbəst danışa bilir.

İtkin düşən zaman onun əynində qöy rəngdə qısaqol köynək, qara rəngdə şalvar və qara rəngdə ayaqqabı olub.

Şəkillərdə gördüyünüz hər iki şəxsi tanıyanlardan və barələrində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar rayon Polis Şöbəsinə və 023-385-28-22 şəhər nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Dİgər xəbərlər