
Sandıq düzəldənlər və onların maraqlı həyatı - VİDEO
“Söz sandığa girməz”, “İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır”, “Qız qundaqda, cehizi sandıqda”, “Gəlin sandıqsız olmaz”... Yəqin ki, sandıqların yalnız bu deyimlərdə qaldığını düşünürsünüz. Amma elə deyil. Çünki sandığa indi də tələbat var.
APA TV-nin məlumatına görə, bu tələbatı nəzərə alan Şərafət Əzizov atasından öyrəndiyi sənəti bu gün də yaşadır. Hətta öz oğluna da öyrədib. Ata və oğul əl-ələ verib Masallının Ərkivan qəsəbəsində bu sənəti yaşadırlar. Elə olur ki, bir gündə 4 sandıq düzəldirlər: “Mən uşaq ikən ata-babamın evində sandıq olanda belə naxışlar vardı. İndi də elə sifariş edənlər var ki, qədimi naxışlara üstünlük verirlər. 70-ci illərdə ceyran, bəy və gəlin şəkilləri, 90-cı illərdə mənzərə, oğlan-qız naxışları olub”.
“Əsasən toy üçün yaranıb, amma xüsusi sifariş verənlər də var. Sifarişçinin öz istəyindən asılıdır. Bizdə hazırda ölçülər 5 cür olur, amma elə sifarişçi var ki, sandığın ölçüsünü daha böyük, ya da xırda istəyir. 30-dan 90 sm-ə kimi ölçülər 5 formada dəyişir”.
Son dövrlər isə üzərində ürək və xonça bəzəkləri olan sandıqlar daha çox sifariş olunur. Ustaların sözlərinə görə, taxta nə qədər quru və keyfiyyətli olsa, sandıq da bir o qədər keyfiyyətli olar. Sandıqların qiyməti diametrinə görə 30 manatdan 70 manata kimi dəyişir.
Emalatxanada adi sandıqlardan daha çox sandıqçalar diqqətimizi çəkdi. Bu xırda ölçülü sandıqların daşınması asan olduğundan, əsas alıcıları xarici turistlərdir: “Onu ən çox turistlər alırlar. Qiyməti 40-50 manatdır. Gördüyünüz kimi, üzərində Azərbaycanın gerbi, xəritəsi var. Nigeriya, Hindistan, Rusiyadan gələnlər buradan suvenir kimi alıb aparırlar öz ölkələrinə ki, Azərbaycanda belə bir sənət var”.
“Çox gəlib-gedirlər, əsasən xırda, lap balaca sandıqlar olur ki, özləri ilə apara bilsinlər… Azərbaycana xas sənətdir bu, başqa ölkələrdə olmadığı üçün onlara çox maraqlı gəlir. Emalatxanaya gəlib alan da olur, maraqlanan da. Hətta şəkillərin çəkib aparanlar da var”.
Sandıq ustası olmaq isə heç də asan deyil. Həm dülgərlik, həm də rəssamlıq qabiliyyətin olmalıdır ki, bu sənəti öyrənəsən.

Oxşar yazılar

Tarix İnstitutuna yeni direktor seçildi
27 yanvar 2021 , 13:37
Sabah hava necə olacaq? - PROQNOZ
27 yanvar 2021 , 13:15
Düşmənin dağıtdığı evlər və infrastruktur bərpa olunur-FOTOLENT
27 yanvar 2021 , 13:11
Bu siniflərdə dərslərin açılması yubana bilər - SƏBƏB
27 yanvar 2021 , 12:37Dünyaca məşhur fotoqraf Kəlbəcərdən yazdı
27 yanvar 2021 , 12:09
"Qaradağdakı şəhid məzarları ilə bağlı ciddi tapşırıqlar verilib" - Mehdi Mehdiyev
27 yanvar 2021 , 12:06
Yeni nazir kollektivə təqdim edildi
27 yanvar 2021 , 11:54
“Keşikçidağ”a gedən yeni avtomobil yolunun tikintisi başladı - FOTO
27 yanvar 2021 , 11:20