Konte iki qol vuran futbolçu haqda: “Ondan daha artığını gözləyirəm”
03 fevral 2020 12:19 (UTC +04:00)

Konte iki qol vuran futbolçu haqda: “Ondan daha artığını gözləyirəm”

 

“İnter” klubunun baş məşqçisi Antonio Konte İtaliya çempionatının 22-ci turunda “Udineze” ilə oyunda (2:0) dubl edən Romelu Lukaku haqda danışıb. 

Lent.az-ın məlumatına görə, təcrübəli mütəxəssis yetirməsinin bundan da yaxşı oynamaq potensialında olduğunu bildirib.

“Lukakunun üstün keyfiyyətləri çoxdur. Bunu bildiyimə görə deyə bilərəm ki, 2 qol vurmaq onun ən yaxşı göstəricisi deyil. Məhz Romelunun dublu sayəsində qələbə qazandıq və bu, məni sevindirir. Ancaq Lukakudan daha artığını gözləyirəm. Bütün komanda yoldaşları ilə yaxşı anlaşır. Mən onu “İnter”in aparıcı üzvlərindən biri sayıram”, - Konte bildirib.

Qeyd edək ki, R.Lukaku A Seriyasının cari mövsümündə 22 oyunda 16 qola imza atıb.

 

# 1336
avatar

Rizvan Babayev

Oxşar yazılar