11:10
03 Fevral 2020

Heydər Əliyev Fondu Azərbaycana həsr olunan yeni nəşrlər hazırlayır


Heydər Əliyev Fondu tərəfindən Azərbaycana həsr olunan iki yeni nəşr hazırlanır.

Heydər Əliyev Fondundan APA -ya verilən məlumata görə, hazırda bu kitablarda yer alacaq mövzular üzrə fotoçəkilişlərə başlanılıb.

Fondun Azərbaycana həsr olunan nəşrində xalqımızın qədim tarixini, ənənələrini, mədəniyyətini, ölkənin müasir simasını, flora və faunasını təcəssüm etdirən fotoşəkillər və müvafiq məlumatlar əksini tapacaq. Layihə “Regional İnkişaf” İctimai Birliyi, “Azercell” şirkəti və “GoSport” idman malları mağazasının dəstəyi ilə həyata keçirilir.

Dİgər xəbərlər