Pakistanda bir ailənin 7 üzvü minaatandan atılan atəş nəticəsində öldürülüb
03 fevral 2020 07:15 (UTC +04:00)

Pakistanda bir ailənin 7 üzvü minaatandan atılan atəş nəticəsində öldürülüb

 

Pakistanın şimal-qərbində naməlum silahlıların Əfqanıstan tərəfdən minaatanla açdığı atəş nəticəsində bir ailənin 7 üzvü ölüb, onların arasında qadın və dörd uşaq da var.

APA xəbər verir ki, bu barədə yerli “PTI” agentliyi məlumat yayıb.

Mərmi Hayver-Pahtunxva əyalətinin sərhəd bölgəsində yerləşən Baatvar Banqro kəndində pakistanlı bir ailənin evinə tuş gəlib. Ailənin evi tamamilə dağılıb.

Əyalətin Bacaur dairəsinin polis nümayəndəsi faktı “Anadolu” agentliyinə təsdiqləyib. Bildirilir ki, bundan əvvəl Bacaur dairəsi “Taliban” hərəkatının silahlıları tərəfindən atəşə tutulmuşdu.

# 1005
avatar

Oxşar yazılar