Bakıda piyada keçidlərinin işıqlandırılmasına başlanıldı
31 yanvar 2020 16:55 (UTC +04:00)

Bakıda piyada keçidlərinin işıqlandırılmasına başlanıldı


 

Bakı şəhərində piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, bu çərçivədə eyni səviyyəli piyada keçidlərinin əlavə işıq effektlərindən istifadə olunmaqla işıqlandırılmasına başlanılıb. Bununla da həm günün qaranlıq saatlarında, həm də görüntünün məhdud olduğu pis hava şəraitində yol nişanlamalarının daha görünən olması asanlaşacaq. Yeniliyin tətbiqi ilə piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini daha yaxşı təmin etmək mümkün olacaq.

İlk olaraq Üzeyir Hacıbəyov və Puşkin küçələrinin kəsişməsində tətbiq edilən yenilik gələcəkdə digər yollarda xüsusən, ətraf kənd və qəsəbələrdəki yollarda da tətbiq ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1331

Oxşar yazılar