Hava DƏYİŞİR: sabah yağış yağacaq, külək əsəcək
31 yanvar 2020 12:59 (UTC +04:00)

Hava DƏYİŞİR: sabah yağış yağacaq, külək əsəcək

Fevralın ilk gününə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 1-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi,  gün ərzində bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu  Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz  7-9 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi  758 mm civə sütunundan 761 mm civə sütununa  yüksələcək, nisbi rütubət gecə 75-85 faiz olacaq.  

Azərbaycanın rayonlarında fevralın 1-də arabir yağış,  bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı  gözlənilir.  Ayrı-ayrı şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 0-5, gündüz  6-11 dərəcə  isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. 

Gecə və səhər dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Tibbi-meteoroloji proqnoza görə, fevralın 1-də Abşeron yarımadasında güclü xəzri küləyi fonunda havanın temperaturunun ötən günlərlə müqayisədə aşağı enəcəyi və gün ərzində yağmurlu keçəcəyi gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2920

Oxşar yazılar