Bakıda “xəstə” çıxan Çin restoranları  - VİDEO
31 yanvar 2020 12:50 (UTC +04:00)

Bakıda “xəstə” çıxan Çin restoranları  - VİDEO

Çinin Uhan şəhərində meydana gələn koronavirus sürətlə digər ölkələrə də yayılmağa başlayıb.

Əksər dövlətlərin səhiyyə və gömrük xidmətləri xəstəlikdən qorunmaq üçün gücləndirilmiş iş rejiminə keçib. Çinə uçuşlar dayandırılıb, bu ölkədən idxala qadağa qoyulub və.s. Hətta Rusiya Federasiyası Çinlə dövlət sərhədlərini bağlayıb. Təbii ki, bu hələ məsələnin siyasi tərəfidir. Məlumdur ki, Çin mətbəxi dünyada özünəməxsusluğu ilə seçilir və qəbul olunmuş zəngin kulinariyası mövcuddur. 

Bakıda da bir neçə yerdə Çin mətbəxindən nümunələr təqdim edən məşhur restoranlar var. Hansı yeməklərin təqdim olunduğunu, durğunluq yaşanıb-yaşanmadığını öyrənmək üçün yolumuzu həmin restoranlardan saldıq. Səməd Vurğun bağı yaxınlığında yerləşən məşhur restoranda olduq. Qeyd etdiyimiz məsələlərdən əlavə, bəzi qidaların Çindən gətirildiyini və əksər yeməklərin qeyri-adi məhsullardan hazırlanmadığını da öyrəndik. Şəhərdəki digər Çin mətbəx nümunələri ilə xidmət göstərən restoranların müvəqqəti və ya daimi fəaliyyətini dayandırdığı məlum oldu.

İlk məkanda müştəriyə rast gəlməsək də, növbəti üz tutduğumuz ünvanda çinli bir müştəri gördük. Ancaq restoran əməkdaşı müştərilərin əsas hissəsinin azərbaycanlılardan ibarət olduğunu dedi. Xatırladaq ki, Çin Xalq Respublikasında koronavirusundan ölənlərin sayı 170 nəfərə çatıb. Yoluxanların sayı isə 77 mini keçib. Çindən əlavə, yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.

Çində koronavirus qeydə alınandan sonra bu ölkənin mətbəxini təklif edən restoranlar da diqqət mərkəzində oldu. Virus ortaya çıxmazdan əvvəl “bütün məhsullar Çinin özündən gətirilir” deyərək öyünən restoranlar indi sözlərini dəyişiblər. Lent.az-ın əməkdaşı bir neçə Çin restoranında oldu. Və məlum oldu ki, “çin mətbəxti”ndəki bütün məhsullar elə buralardan alınırmış. İnsanlar indiyə kimi aldadılıb. Bu isə elə koronavirus kimi təhlükəli bir xəstəlikdir. 

Videoreportajı təqdim edirik:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17298
avatar

Mehman Nəbiyev

Oxşar yazılar