Polis Hindistanın Uttar-Pradeş ştatında 20-dən çox uşağı girov götürən kişinin zərərsizləşdirilməsi üçün əməliyyat keçirib.
APA-nın xəbərinə görə, bu barədə NDTV telekanalı məlumat yayıb.
Əməliyyat zamanı uşaqları girov götürən kişi öldürülüb.
Uşaqların xəsarət almadığı bildirilib.
***
saat 03:34
Hindistanın Uttar-Pradeş ştatında bir kişi evində təxminən 20-dən çox uşağı girov götürüb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, polis dərhal uşaqların xilas edilməsi istiqamətində əməliyyata başlayıb.
Yerli KİV-in məlumatına görə, əvvəllər qətldə günahlandırılan Fərruxabad sakini Sureş Batam adlı kişi uşaqları qızının ad gününə dəvət edib və onları girov götürüb.
Uttar-Pradeş polisinin rəhbəri bildirib ki, vəziyyəti nəzarət altına almaq üçün xüsusi təyinatlılar cəlb edilib: “Vəziyyəti izləyirik. Məqsədimiz uşaqları xilas etməkdir”.
Bildirilib ki, girovların sayı məlum deyil. Yerli sakinlər evdə 20-25 uşağın, cinayətkarın həyat yoldaşının və biryaşlı qızının olduğunu ehtimal edirlər.