Ərsun Yanal Azərbaycan millisinin baş məşqçisi ola bilər
30 yanvar 2020 10:23 (UTC +04:00)

Ərsun Yanal Azərbaycan millisinin baş məşqçisi ola bilər

"Fənərbaxça"nın baş məşqçisi Ərsun Yanal Azərbaycan millisini çalışdıra bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.

Bildirilir ki, Azərbaycan yığmasının baş məşqçi postuna namizədlərdən biri də məhz Yanaldır. Yaxın müddətdə 58 yaşlı təcrübəli mütəxəssislə danışıqlara start verilməsi gözlənilir.

Qeyd edək ki, ötən ay Nikola Yurçeviçlə yollarını ayıran AFFA-nın baş məşqçi postuna 32 namizəd var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1344

Oxşar yazılar