Nəzakət Teymurova sevgisindən danışdı: "Adını telefona..." - VİDEO
29 yanvar 2020 15:25 (UTC +04:00)

Nəzakət Teymurova sevgisindən danışdı: "Adını telefona..." - VİDEO

Xalq artisti Nəzakət Teymurova sevgisindən danışıb.

Lent.az-ın məlumatına görə, xanəndə “Show News” verilişində bildirib ki, sevib-sevilir: “

“Sakitəm, amma içimdə bir üsyan var. Sadəcə, insan büruzə vermək istəmir. İstəyirəm hər şey mədəni olsun. Biz də insanıq, problemlərimiz olur. Çatışmayan şeylər çoxdur. Ancaq insanlara həmişə pozitiv enerji veririk. Hər dəfə yatanda dua edirəm ki, Allah qəlbimə sevgi versin. Hər kəsə sevgi ilə baxanda dünya gözəlləşir. Bu gün ətrafımdakı hər kəs deyir ki, oğlanın evi, maşını olmalıdır. Düşünsünlər ki, hər şeyə qoşa addımlamaq lazımdır. Sevgi maddiyyatla bağlı olanda düzgün olmur. Hər kəsə duyub sevməyi arzulayıram. İnsan hər şeyə real baxmaq istəyir. Sözsüz ki, içimdə sevgi qalıb. Sevgi iki nəfərin arasındadır, qarşılıqlıdır. Amma onu durub danışsam, nə olar?”.

İfaçı “Sevdiyiniz şəxsin adını telefona necə yazmısınız” sualına isə “Sevdiyim adamın adını telefona yazmıram, o ürəkdədir”, - deyə, cavab verib.

# 5497
avatar

Yalçın UĞUR

Oxşar yazılar