Dünən yol qəzalarında 3 nəfər ölüb
28 yanvar 2020 11:17 (UTC +04:00)

Dünən yol qəzalarında 3 nəfər ölüb

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 31 cinayətin üstünü “isti izlər”lə açıb.

Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 42 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah- sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

 

 

# 925
avatar

Mehman Nəbiyev

Oxşar yazılar