Brayantın və qızının öldüyü qəzanın səbəbi bəlli oldu
27 yanvar 2020 14:04 (UTC +04:00)

Brayantın və qızının öldüyü qəzanın səbəbi bəlli oldu


Sabiq basketbolçu Kobi Brayantın dünyasını dəyişdiyi helikopter qəzası ilə bağlı təfərrüatlar üzə çıxıb. 

Lent.az-ın məlumatına görə, hadisə güclü duman üzündən baş verib.

Bildirilir ki, bu səbəbdən Brayant və 13 yaşlı qızı Ciannanın da olduğu helikopter 15 dəqiqə havada dövrə vurub. Daha sonra isə yüksək sürətlə yerə çırpılaraq alovlanıb. Yanğını 1 saat ərzində söndürmək mümkün olub.

Araşdırmalardan sonra qəzaya uğrayan helikopterdə ümumilikdə 9 nəfərin olduğu müəyyənləşib.

 

# 1732
avatar

Rizvan Babayev

Oxşar yazılar