Türkiyədə 2 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb
26 yanvar 2020 08:08 (UTC +04:00)

Türkiyədə 2 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb

 

Türkiyənin şərqində qeydə alınmış güclü zəlzələ nəticəsində meydana gələn dağıntıların altından iki yaş yarımlıq qız uşağı 24 saatdan sonra sağ çıxarılıb.

APA “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Bildirilir ki, uşaq anası ilə birgə Elazığ şəhərində dağılan evin altında qalıb. Qızcığaz çıxarıldıqdan bir neçə saat sonra anası da xilas edilib. Xilasedicilər qadının səsini eşidərək əlaqə qurublar.

Ana ilə bala hazırda xəstəxanada həkim nəzarəti altındadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1168

Oxşar yazılar