Rusiyada bağ evində yanğın zamanı iki uşaq ölüb
25 yanvar 2020 04:22 (UTC +04:00)

Rusiyada bağ evində yanğın zamanı iki uşaq ölüb

 

Rusiyanın Krasnoyarsk diyarının Berezovskiy rayonun bağ evində güclü yanğın baş verib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahının mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, yanğın zamanı evdə olan 2 azyaşlı yanaraq ölüb. 

İstintaq komitəsinin məlumatına görə, 4 və 7 yaşlı iki azyaşlı evdə valideynlərsiz olublar. 

Yanğının söndürülməsinə ümumilikdə 24 nəfər yanğınsöndürən, 9 texnika cəlb olunub.

Faktla bağlı istintaq-əməliyyat qrupu tərəfindən şahid ifadələri alınıb. 

# 1010
avatar

Oxşar yazılar